Qara geyimi ilə hər kəsi heyrətləndirdi - FOTO

“Yargı” serialında Ceylin obrazını canlandıran türkiyəli məşhur aktrisa Pınar Dəniz sosial media hesabında son paylaşımı ilə gündəm olub. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, qara, yarıq şalvarı və açıq göbəyi ilə poza verən Pınar Dəniz sosial medianı silkələyib. Paylaşımının altına “İşləmək bizi xilas edəcək” qeydini əlavə edən gözəl aktrisanın pozaları qısa zamanda minlərlə bəyənmə toplayıb.

Müəllif: Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə