Rihannaya Milli Qəhrəman adı verildi

Məşhur müğənni Rihanna Barbados respublikasının Milli Qəhrəmanı adına layiq görülüb.

Barbadosun Baş naziri Mia Motli verdiyi açıqlamada: “Robin Rihanna Fenti, millətimiz adından səni Barbadosun milli qəhrəmanı elan edirəm. Almaz kimi parlamağa və ölkəmizin fəxri olmağa davam et”.

SİA xəbər verir ki, fəxri ad müğənniyə Barbadosun müstəqilliyinin elan edilməsi mərasimində iştirak edərkən verilib.

Qeyd edək ki, 1988-ci ildə Barbadosda anadan olan Rihanna müğənnilik karyerasını davam etdirmək üçün 16 yaşında ABŞ-a köçüb. O, doqquz “Qremmi” musiqi mükafatının sahibi və dünyada ən çox mahnı diskləri satılan sənətçilərdən biridir. Rihanna 20 sentyabr 2018-ci ildə Barbadosun ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri olub.

Yeri gəlmişkən, Barbados Britaniya tacının hökmranlığını rəsmən pozaraq respublika oldu, qubernator general Sandra Meyson ilk prezident kimi and içdi.

Bütün xəbərlər Facebook səhifəmizdə