Məşhur aktrisa sevgilisi ilə sensasiyalı fotolar çəkdirib - FOTOLAR

Transformers serialındakı rolu ilə dünya miqyasında tanınan amerikalı aktrisa və model Megan Fox, film meydançasında tanış olandən sonra eşq yaşamağa başladığı amerikalı müğənni Machine Gun Kelly ilə birlikdə hadisələr yaratmağa davam edir. SİA xarici mətbuata istinadən xəbər verir ki, 35 yaşlı aktrisa ilə 31 yaşlı müğənni British GQ-nin yeni buraxılışı üçün birlikdə pozlar veriblər. Poza verən ikili açıqlamalarla da diqqət çəkib. Həm Megan Fox, həm də Machin Gun Kelly İnstaqram səhifələrində bəzi eksklüziv fotoları paylaşıblar Megan Foxun əlindəki silahı sevgilisi Machine Gun Kelly'nin cinsiyyət orqanlarına işarə edən fotoşəkili dünya mətbuatının gündəminə gəlib.

Megan Fox, Kelly'nin 'öz ruhunun yansıması" olduğunu söyləyib, yaşadıqlarının ən çox qaranlıq hissəsinin nağılı olduğunu deyib.

Əsl adı Colson Baker olanKelli dedi: “Yanmış evlərdən gəldim və sevginin işləmədiyini gördüm. Sonra pop mədəniyyətində romantik filmlərin yerində böyüdüm. Həyatımın 30 ilini istəksiz keçirtmək məni incidir” söyləyib

2010-cu ildə həmkarı Amerikalı məşhur aktyor Brian Austin Green ilə evlənmiş və bu evlilidən 3 övladı olan Megan Fox, Machine Gun Kelly ilə tanışlıqdan sonra təyyarə sürətində boşanaraq yeni bir sevgiyə başlayıb.

Aytac Əliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə