“Sinəmin yeni görüntüsü məni 18 yaşında hiss etdirib” - GÜNAY MUSAYEVA
Günay Musayeva Paris Moda Həftəsində döş kiçiltmə əməliyyatından sonra yeni bədən quruluşu ilə gündəmə gəlib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Məşhur top model Günay Musayeva Paris Moda Həftəsində 3 defilədə görünən ilk türk modeli olaraq yeni bir addım atıb. Musayeva, döşünü kiçiltmə əməliyyatından sonra mükəmməl yeni bədən quruluşu ilə gecədə iz buraxıb. Amerika Katedralindəki kürsüdə cəsarətli üslubunu ifadə edən Musayeva bunları söylədi: "3 moda nümayişi ilə xüsusi bir rekorda imza atmaq mənim üçün böyük xoşbəxtlik idi. Yeni bədən quruluşumdan o qədər xoşbəxt idim ki, Michael Cinco defiləsinə getməzdən əvvəl həkimimin adını müvəqqəti olaraq belimə döymə etdirdim. Paris Moda Həftəsindəki Podyumda məndən sənət əsəri yaradan həkimə təşəkkür etmək istədim. Sinəmin yeni görünüşü məni 18 yaşımda hiss etdirib”.
Aytac Əliyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB