İngiltərənin keçmiş gözəllik kraliçası və məşhur müğənni Kirsti Bertarelli İngiltərənin ən bahalı boşanma müqaviləsinə imza atıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, 50 yaşında olan, keçmiş ingilis gözəllik kraliçası Kirsti Bertarelli İngiltərənin ən bahalı boşanma müqaviləsinə imza ataraq onu ölkənin ən varlı adamlarından biri edib. "Kraliçadan daha varlı kraliça" kimi tanınan Bertarelli, 21 illik əri isveçrəli iş adamı Ernesto Bertarelli ilə boşananda 400 milyon funt təzminat alıb.
Qeyd edək ki, cütlük 9,2 milyard funt sterlinqlə "Sunday Times"ın ən varlı siyahısında 14-cü yerdə qərarlaşıb.
Aytac Əliyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB