Məhşur aktyor ölümdən döndü

Türkiyəli məhşur aktyor və aparıcı Murat Başoğlu ölümdən dönüb. Qardaşı qızı ilə yaşadığı sevgisi ilə gündəmdə olan Murat Başoğlundan pis xəbər var. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, 4 il əvvəl Muğlanın Bodrum mahalında gəmidə qardaşı qızı Burcu Başoğlu ilə uyğunsuz halda şəkilləri çəkilən Murat Başoğlu uzun müddətdir tənha bir həyat yaşayır. Murat Başoğlunun səhhətində problem olduğu ortaya çıxıb. 53 yaşlı Başoğlu 20 sentyabr 2021-ci ildə xəstəxanaya yerləşdirilib. Təcili yardım şöbəsinə müraciət edən Başoğlunun ürək tomoqrafiyasında aorta damarının 5,7 sm-ə qədər böyüdüyü və riskli bir ölçüyə çatdığı ortaya çıxıb. Səhhəti ilə bağlı açıqlama verən məşhur aktyor və aparıcı "23 sentyabrda əməliyyata alındım. 6 saat davam edən açıq ürək əməliyyatından sonra aortam və aorta qapaqları dəyişdi. 17 saat reanimasiyada qaldım. Daha sonra normal otağa gedə bildim. Bu əməliyyat İzmirdə edildi. Məni tək qoymayan həkimlərimizə və dostlarıma təşəkkür edirəm" deyib.

Aytac Əliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə