Xəbər verdiyimiz kimi, sentyabrın 30 -da rus müğənni Proxor Şalyapin “İnstaqram” səhifəsində faciəli bir xəbər açıqlamışdı. Belə ki, o həmin faciəli xəbərdə çoxsaylı arvadlarından biri, biznesmen Tatyana Claudia Davisin Amerikada koronavirusdan öldüyünü bildirmişdi.
Şalyapin hətta qəhərlənərək, dar məqam kəsiyində mərhum arvadına Mayakovcki üslubunda sərbəst bir şeir də həsr etmişdi: "Mən səni sevirdim,
küləklə, günəşlə və ayla,
qəlbində qırmızı bir zolaqla mənimlə qalacaqsan ...
səni sevirdim".
Əla şeirdir, deyilmı? Amma.. Sən demə, Şalyapinin bu “şeiri” yazmağa "məcbur edən səbəb" varmış. Deyim ki, buna bizlərdə cox vaxt “bəxtəvər”, yəni bəxti gətirən də deyirlər(?).
Beləliklə, deyilənə görə, Proxor Şalyapinin ölən arvadı Tatyana Davislə rəsmi nigahı olmasa da, amma qadının Amerikadakı mağazalarından əlavə, Moskvada Şalyapinin adına yazdırdığı 4 mənzili qalıb. Özü də Şalyapinə,niyə?
...Çünki Tatyananın Rusiya vətəndaşlığı olmayıb deyə indi Proxor Şalyapinin “gəlhagəlidir”.
P.S: ...indi də deyirlər ki, guya Proxor Şalyapin vəfat etmiş milyonçu həyat yoldaşının bütün mirasından imtina edib. Ayə, ayə...deyirəm olaydı bizimkilər...
Ağasəf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB