Müğənni və aktrisa Sara Daş vəfat edib

Tanınmış amerikalı müğənni və aktrisa Sara Daş 76 yaşında vəfat edib. SIA xarici mediaya istinadən xəbər verir ki, bu barədə "Labelle" qrupunun üzvü Patti LaBelle məlumat verib.

"Şənbə günü səhnədə bir yerdəydik, bu, çox xüsusi bir an idi. Onun yoxluğu mənim üçün ürək ağrısıdır, ancaq Saranın ruhu yaşayacaq", - o bildirib.

Qeyd edək ki, S.Daş 1945-ci il avqustun 18-də ABŞ-ın Trenton şəhərində doğulub. Müğənni ABŞ-ın məşhur qrupu "Labelle"nin qurucularındandır. Qrupun "Lady Marmalade" ifası 1975-ci ildə ABŞ-ın "Billboard" siyahısında bir nömrə olub.

Bütün xəbərlər Facebook səhifəmizdə