Burak Özçivit ailəsi ilə birlikdə tətildədir. SİA-xarici mətbuata istinadən verdiyi məlumata görə, Özçivit tətilini həyat yoldaşı Fahriye Evcen və oğlu Karan ilə birlikdə davam etdirir.
Gümüşlükdəki evlərində ailə üzvlərini qonaq edən cütlük ötən gün çox məşğul olub. Daha sonra Özçivit evin hovuzunda yorğunluqunu çıxarıb. Əzələli bədənindən əsər-əlamət qalmayan aktyofun son hali pərəstişkarlarını şoka salıb. 2005-ci ilin "Ən yaxşı modeli"nin qalibi olan və əzələli bədəni ilə qadınların xəyallarını başından çıxaran Burak Özçivit əvvəlki kimi deyildi.
Karanın yıxılmaması üçün hovuzun torlarla əhatələnməsi diqqət çəkib.
Ziya Hikmətoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB