Dünən kimsəsiz uşaqlar evində 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr edilən xeyriyyə konserti keçirilib. SİA-nın məlumatına görə, Crazy Uşaq clubu və Azərbaycanda yeni fəaliyyətə başlayan 103.3 fm (Araz Radionun) təşkilatçılığı ilə baş tutan konsertdə kimsəsiz uşaqlar üçün möhtəşəm xeyriyyə aksiyası həyata keçib.
3 saat davam edən konsertdə klounlar, sehirbazlar uşaqların könlülə oxşayıblar. Tədbirdə müğənnilər Roza Zərgərli, Ceyhun Neymətov, Günay İbrahimli, Next qrupu, Əbdülxalid, Vüsal Hacıyev, Yaşar Cəlilov, Rahidə Baxışova "Klan-a-Plan" reper qrupu, "Xan" qrupu və başqaları iştirak ediblər.
Tədbirin aparıcı 103.3 FM-in diktoru Kəmalə Mustafayeva olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB