“YouTuber” Duyqu Özaslan sevgilisi Can Maxim Mutafla tətilə çıxıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, bikini pozaları ilə diqqət çəkən Duyqu Özaslan, seçdiyi ayaqqabılarla tənqid hədəfinə çevrilib.
Bir müddətdir aşiq olan Duyqu Özaslan-Can Maxim Mutaf cütlüyü evlilik xəbəri ilə gündəmə gəlib. Özaslanı ildönümündə yeməyə aparan Mutaf sürpriz evlilik təklifi ilə sevgilisini təəccübləndirib. Tətildə olan Duyqu Özaslan, bu xoş xəbəri paylaşdıqdan sonra bikini pozalarını izləyiciləri ilə bölüşməyə davam edir.
Şərhlər
Nəhayət, bu pozu paylaşan Duyqu Özaslan, ayaqqabıları ilə diqqət çəkib. Tərəfdarları Duyqu Özaslanın ayaqqabılarını bəyənmədikdə, şərh yazıblar.
Alınan bəzi şərhlər:
- O ayaqqabı nədir?
- Ayaqqabı seçimlərini Maximə burax
- Ayaqqabılardan başqa hər şey mükəmməldir
- Ayaqqabılar dəhşətlidir
- Bu gözlər nə gördü, o ayaqqabılar nədir?
- Bu ayaqqabı zarafat olmalıdır
Ziya Hikmətoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB