Hande Yener ortaq yeni restoran açdı FOTOLAR

Hande Yener ortaq yeni restoran açdı FOTOLAR

Məşhur müğənnilər Hande Yener və Berksan birlikdə İstanbulun məşhur əyləncə mərkəzi olan Sortiede Livan mətbəxinə xas yeməklər hazırlanan restoran açıblar. SİA xarici mətbuata istinadən xəbər verir ki, ikili uzun müddət incikliklərindən danışıb.

Uzun müddət inciyərək dostluğunu davam etdirən Hande Yener və Berksan yenidən ortaq olublar. Çox əylənən cütlük kameralara poz verib.

Açılışdan əvvəl mini ətəyi ilə diqqət çəkən Hande Yener, hündürdaban ayaqqabısı səbəbindən dostunun köməyi ilə pilləkənlərdən enərək media nümayəndələrinin suallarını cavablandırıb.

Məşhur müğənni Berksanla yenidən ortaq olmasından xoşbəxt olduğunu və koronavirus qadağaları aradan qalxdıqdan sonra əyləncə məkanlarının açıldığını söyləyib:"Biz sevgidən bunları yaşadıq. Biri-birimizə kapris edirdik. Bilirsiniz, biz sənətçiyik və bu da oradan qaynaqlanır".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə