Məşhur və qeyri-adi geyimi və hərəkəti ilə daima diqqət mərkəzində olan Ledi Qaqanın "Born This Way" adlı albomu Böyük Britaniya çartının birinci pilləsində yer alıb.
SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, albom mayın 23-də Böyük Britaniyada satışa çıxarılıb və bir həftə ərzində 215 nüsxə ilə satılıb. "Official Charts Company" şirkətinin verdiyi xəbərə görə, Ledi Qaqanın bu albomu ilk onluğa daxil olan digər albomları satış baxımından geridə qoyub.
Ötən həftənin lideri olan Adelin "21" adlı albomu reytinqin ikinci pilləsində qərarlaşıb. Bu albom 16 həftədir ki, çartın ilk pilləsinə liderlik edib.
Hit-paradın üçüncü pilləsində Adelin digər "19" adlı albomu yer alıb. Reytinqin dördüncü yerində Bruno Marsın \"Doo Wops & Hooligans\"adlı albomu qərarlaşıb. Beşliyi "The Prodigy" qrupun ilk \"World\'s On Fire Live\" konsert albomu tamamlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB