Azərbaycanın əməkdar artisti, müğənni Tünzalə Ağayeva qardaş ölkə olan Türkiyəyə yola düşür. SİA-ya danışan Tünzalə xanım verəcəyi ilk konsertindən söhbət açıb: "Türkiyəni çox sevirəm. Oraya tez-tez səfər edirəm. İndi isə orada konsert verməyi düşünürəm. İnşallah hər şey ürəyim istədiyi kimi keçər".
O, yeni mahnısının müasir sözlərə yazılacağını da söyləyib. Bununla yanaşı, T.Ağayeva, təkcə müğənnilər deyil, digər peşə sahibləri ilə də duet oxuyacağını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB