Hadisə Kaan Yıldırımın əşyalarını - evinə göndərdi

Eşq münasibətləri ilə maqazin gündəmini çox məşğul edən Hadisə və Kaan Yıldırım cəbhəsində yeni hadisələr yaşanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, uzun müddətdir eşq yaşayan və gah ayrılan, gah da barışan cütlük maqazin gündəmindən düşmür.

Münasibətləri qarışıq bir hala çevrilən Hadisə və Kaan Yıldırım axır ki, eşq münasibətlərinə son qoyublar. Hadisə, Yıldırımın bütün əşyalarını toplayaraq sürücüsünə verib və aktyora göndərib.

Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə