"Nazpəri Dostəliyeva yaxşı oxuyur, ifasını bəyənirəm. Vaxtilə Azərbaycan televiziyasında onu Elşad Quliyevə tərifləmişəm. Ailəsini tanıyıram. Onunla münaqişəmin olması və bu səbəbdən də çıxıb haqqında danışmağım barədə xəbərlər yersizdir. Mən sadəcə demişəm ki, bəzən mahnılara əlavə xallar vurur. Bunu musiqi adamı kimi demişəm. Mənim o xanım haqqında təhqir və ya başqa fikirlərim ola bilməz". SİA-nın məlumatına görə, belə bir açıqlamanı sənətçi Əli Mirəliyev edib.
Sənətçi Əli Mirəliyev xalq artisti Nazpəri Dostəliyeva ilə aralarındakı münasibətin təhrif olunmuş şəkildə mətbuata çıxmasına etiraz edib: "Bundan sonra Nazpəri Dostəliyeva barəsində mənə sual verməyin. Bu mənim onun barəsində son fikirlərimdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB