Məşhur sima toy şahidinə aşiq olub - FOTOLAR

Fəlakət xadimi kimi tanınan türk müğənni Onur Akay, 7 dəfə evlənən Gönül Yazarın bir müddət öz toy şahidi ilə eşq macərası yaşadığını iddia edib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Gönül Yazar iddialara cavab verib.

Onur Akay bu yaxınlarda telefon bağlantısı ilə qatıldığı kanalda təəccüblü bir iddia ilə çıxış edib. O, Gönül Yazarın bir müddət evlilik şahidi ilə sevgi münasibətinin olduğunu açıqlayıb.

Akay məsələyə belə aydınlıq gətirdi: "Gönül Yazar 1962-ci ildə aktrisa Özden Çelik ilə evlənib və toy şahidi aparıcı Orhan Boran olub. 1963-cü ildə Çelikdən ayrılan Gönül Yazar, toy şahidi Orhan Boran ilə sevgi münasibətləri qurmağa başlayıb”.

Onur Akayın bu sözlərindən sonra Gönül Yazar sosial mediada açıqlama verərək iddianı təsdiqləyib.

Gönül Yazar bu ifadələri işlədib: “Tanrı var, bu Orhan Boran mənə aşiq oldu, bax, bu doğrudur. Necə oldu ki, doğru xəbər aldın? Təbrik edirəm. Eyni kazinoda işləyirdik. Ona Orhan qardaş deyərdim. Mənə aşiq oldu. Behiye Aksoy və Orhan Boran birlikdə çalışırdıq. Kim mənə aşiq olmayıb ki?!”

Toydan sonra çəkilən fotoşəkildə Gönül Yazar və Özden Çelik qol-qola görüntülərə əks olunub. Orhan Boran Gönül Yazarın arxasında görünür.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə