Kıvanç Tatlıtuğun həyat yoldaşı hamilədir - FOTO

Gözlənilən körpə xəbərləri 2016-cı ildə evlənən cütlük Kıvanç Tatlıtuğ və Başak Dizerdən gəlib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, 44 yaşlı Başak Dizerin hamilə olduğu iddia edilib. Lakin xoş xəbəri hələlik gizli saxlamağa çalışırlar.

Ticarət mühitində tanış olan 44 yaşlı Başak Dizer və 37 yaşlı Kıvanç Tatlıtuğ 2016-cı ildə ailə qurublar. Cütlük bu müddət ərzində evliliyini mətbuatdan kənarda yaşayıb.

Məlumata görə, bir neçə ildir uşaq gözləyən Dizer hamilədir. İllərdir ata olmaq arzusunda olan Tatlıtuğun bu xəbəri eşidən kimi havaya uçduğu deyilir.

Qısa müddətdə gündəmdə olan iddia ilə bağlı cütlükdən hələ bir açıqlama verilməyib.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə