90-cı illərin unudulmaz müğənnisindən - ACI XƏBƏR!

Daha əvvəl iki dəfə xərçənglə mübarizə aparan Gülay Sezerə üçüncü dəfə xərçəng diaqnozu qoyulub. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, əvvəllər bir il aralığında sidik kisəsi və böyrək şişi əməliyyatı keçirmiş 51 yaşlı müğənninin tətilə getdiyi Bodrumda uşaqlıq xərçəngi diaqnozu qoyulub.

90-cı illərin "Cesaretin Varı Aşka" mahnısı ilə məşhurlaşan müğənni Gülayın sağlamlıq vəziyyətinin normal olduğu deyilir.

Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə