Uzun illərdir, sənətdə olmayan müğənni Ceyhun Neymətov yenədən oxumağa başlayıb. SİA-nın məlumatına görə, o, maraqlı yeniliklərlə tamaşaçıların qarşsına çıxacaq. Ceyhun hazırda öz şəxsi saytı üzərində çalışır.
Qeyd edək ki, bundan əlavə ifaçı bir neçə musiqilər üzərində də işləyir. O, indi musiqisi Pərviz Mahmudov və sözləri Leyli xanıma məxsus "Verdiyin vədlər" adlı mahnısını aranjeman etdirir. Mahnının çox qısa bir zamanda seviləcəyinə inanan ifaçı yeni klip çəkdirməyi də düşünür.
Bununla yanaşı Ceyhun həmkarlarından biri ilə duet oxumağı da qərara alıb. Duet ortağının adı çəkilməsə də onun məşhur bir müğənni olduğu deyilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB