Braziliya A Milli Komandasının heyətində olan Neymar, 2022 Dünya Kuboku seçmə mərhələsi üçün Ekvadorla olacaq oyunundan əvvəl böyük bir şok yaşayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, PSJ-nin dünyaca məşhur ulduzu komanda avtobusundan düşərək qaldıqları hotelə getmək istəyərkən hücuma məruz qalıb. Neymarı görən azarkeşlər onu mühasirəyə alarkən, 2 nəfər oyunçunun üstünə sıçrayıb. Baş verənlərdən təəccüblənən braziliyalı qəfildən yerə yıxılıb. Həmin an 2 nəfərin oyunçunun ayaqqabılarını oğurlamağa çalışdığı görülüb. Təhlükəsizlik işçilərinin müdaxiləsi ilə xilas olan Neymar ayaqqabılarını geyinərək otağa girib.
O anlar hadisəyə şahid olan şəxs tərəfindən qeydə alınıb.
Nərmin Hüseynova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB