İsveçli model La Ostergren haqqında son vaxtlar sosial mediada kifayət qədər bəhs olunur. Səbəb budur ki, məhşur modelin ayağının uzunluğu 1,08 metrdir. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, boyu 1.78 metr olan məşhur modelin ayaqları bədəninin yuxarı hissəsi ilə çox mütənasib deyil, lakin La Ostergrenin bu vəziyyəti onu heç maraqlandırmır.
Uşaqlıqda ayaqları uzun və zəif olduğu üçün bir çox insanın onu ələ saldığını dilə gətirən Ostergren, bu gün olduğu hala görə çox xoşbəxtdir.
6 il əvvəl depressiyanı aradan qaldırmaq üçün fitneslə məşğul olmağa qərar verib. Qısa müddətdə onu görən bir çox insanı özünə heyran edib və fenomenə çevrilib.
Nərmin Hüseynova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB