Bütün dünyada olduğu kimi Azərbaycanda da geniş auditoriyası olan “La Casa De Papel” 5-ci mövsümü ilə tamaşaçıların qarşısına çıxacağı günləri sayır. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, çəkilişləri demək olar ki, başa çatan “La Casa De Papel”in yeni mövsümünün bölümlərinin yayımlanacağı tarix serialın pərəstişkarları tərəfindən maraqla araşdırılır. Serialın yeni mövsümünün 2 hissəyə bölünəcəyi bildirilir.
“Netflix”in verdiyi açıqlamalara görə, 10 hissədən ibarət olacaq son sezon iki hissəyə bölünərək “Netflix” istifadəçilərinə təqdim ediləcək. Açıqlamada bildirilir ki, mövsümün ilk yarısı 3 sentyabrda, ikinci yarısı isə 3 dekabrda yayımlanacaq.
Nərmin Hüseynova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB