"Kalan Music"in sahibindən - BƏD XƏBƏR

"Kalan Music"in sahibindən - BƏD XƏBƏR

"Kalan Music"in sahibi Hasan Saltık, infarkt keçirərək dünyasını dəyişib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, sənətçi Ferhat Tunç, sosial media hesabında "Kalan Music"in sahibi Hasan Saltıkın kədərli xəbərini açıqlayıb.

Saltıkın infarkt səbəbi ilə həyatını itirdiyini söyləyən Tunç, "Kalan Music"in sahibi və dostumuz Hasan Saltıkın ürək infarktından sonra vəfat etdiyini öyrəndim: "Dostumu kədərlə anıram. Bütün Saltık ailəsinə və yaxınlarına başsağlığı verirəm” deyib.

Müğənni və aktrisa Mazlum Çimen də başsağlığı verib: "Çox pis oldum. Mədəniyyət Nazirliyinin demək olar ki, bütün şöbələri ilə lazım olan arxiv işini görmüş və görməyə çalışan Hasan Saltık, əziz dostumu, qardaşımı və uzun yol getdiyim insanı itirdim".

Lətifə Abdıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə