Can Nergis pilot olur?

Türkiyənin məşhur aktyoru Can Nergis pilot olmaq xəyalını reallaşdırmaq üçün hərəkətə keçib. Pilotluq təliminə başlayan məşhur aktyor, əvvəlki gün məşqçiləri ilə Kocaelidən Bursaya və oradan Dalamana uçub. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bir müddətdir həyəcanla pilot təhsilini davam etdirən Nergis, əvvəlki gün unudulmaz bir hadisə yaşayıb.

Aktyor pilot Şenol Şen və ikinci pilot Murat Erenlə birlikdə təyyarə ilə uçub. Kocaelinin Cengiz Topel hava limanından havaya qalxan təyyarə əvvəlcə Bursaya enib. Sonra bu dəfə Dalaman yenidən havaya qalxan təyyarənin marşrutunda olub.

Nergis xoşbəxtliyini bu sözlərlə dilə gətirib: "Pilotumuz Şenol Şen və onun ikinci pilotu Murat Eren ilə çox gözəl bir təcrübə keçirdim. Cengiz Topel Hava limanından ayrılıb Bursaya endik. Ardından Dalamana və nəhayət Kocaeliye uçduq. Geri qayıtdıq. Bu unudulmaz bir səyahət oldu. Təyyarəyə tam nəzarət edəcəyi uçuş təcrübələrimin olacağını səbirsizliklə gözləyirəm".

Ziya Yaqubzadə

Bütün xəbərlər Facebook səhifəmizdə