“Həqiqətən yaxşı bir atadır”

“Həqiqətən yaxşı bir atadır”

"InStyle" Türkiyənin iyun sayının üz qabığında gözəl pozalar verərək pərəstişkarlarını ovsunlayan məşhur aktrisa Fahriye Evcen diqqət çəkib. SİA xarici mətbuata istinadən xəbər verir ki, gözəlliyi ilə hər kəsi heyran edən Evcen, həyat yoldaşı Burak Özçivit haqqında xeyli danışıb.

Evcen bunları deyib: “Burak həqiqətən yaxşı bir atadır. O, Karanın gözündən baxa bilən və ehtiyaclarına həssas olan sevgi dolu, çox qayğıkeş bir atadır. Empatiya qabiliyyəti həmişə çox yaxşı idi, hətta ata olduqdan sonra daha da artıb”.

Burak Özçivitlə xoşbəxt şəkildə evli olan gözəl aktrisa Fahriye Evcen, "InStyle" Türkiyənin iyun sayının obyektivləri qarşısına çıxıb. Gözəl poza verən Evcen, həmin anları sosial media hesabında paylaşıb.

Jurnal üçün səmimi açıqlamalar verən Fahriye Evcen bunları əlavə edib: "Analıq bütün yorğunluqları unutduracaq qədər gözəldir. Ana olduqdan sonra dəyişdim. Daha anlayışlı, daha həssas və daha səbirli oldum. Karan həyatımın hər tərəfini dəyişdirib”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə