Qara dəniz musiqisinin sevilən adlarından biri olan Davud Güloğlu, günlərini doğulub böyüdüyü Rizenin Yeni Gözəlkəndə keçirir. Pandemiya stresindən uzaqlaşan və yaşıl təbiətdə gəzərək enerji yığan Güloğlu, bağda orqanik məhsullar yetişdirir və çay yığır. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, “Nurcanım”, “Katula Katula”, “Stop Orda Stop”, “Kopalım Bari” və sonda “Həyat Devam Ediyor” albomları ilə tanınan Güloğlu, İstanbulun sıxlığından qaçaraq doğulduğu kənddə istirahət edir. Pandemiyanın stresindən uzaqlaşan və bağçasında çay yığan müğənni, yeni əsəri üçün dinclik tapdığını söyləyib və kənddə klip çəkməyə hazırlaşığını bildirib.
Davud Güloğlu, kəndinin ona həm zövq, həm də dinclik verdiyini bildirərək, "Uşaqlığımdakı kimi bu ləzzətləri hiss edir və gözəl təbiətdə nəfəs alıram. Bu xoşbəxtliyi yaşayıram, enerji alır və stress atıram. Çayın toplanması çətin bir işdir. Çayın yağışlı havada yığılması daşınması və satılması zor bir işdir” deyib.
Ziya Yaqubzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB