Meryem Uzerli neçə milyon qazanır?

Yaxın günlərdə ikinci uşağını qucağına alan Meryem Uzerli uzun müddətdir aktrisalıq etmədiyi üçün sosial media hesabında reklam işləri ilə məşğul olmağa başlayıb. SİA-nın türk mətbuatına istinadən verdiyi məlumata görə, uzun müddətdir xarici ölkədə yaşayan aktrisa işsizlikdən çətin vəziyyətə düşüb. Belə ki, o yaşadığı xarici ölkədə kafe açıb işlətsə də pandemiya səbəbindən uzun müddətdir işsiz qalıb. Kafedən istədiyi kimi gəlir əldə edə bilməyən aktrisa, sosial media hesabından etdiyi hər reklama görə, 259 min TL qazanıb. Qeyd edək ki, bu 25 min avro pul deməkdir.

Xatırladaq ki, sevilən aktrisanın sosial media hesabında 6,7 milyon təqibçisi var.

Gülər Səfərova

Bütün xəbərlər Facebook səhifəmizdə