Tanınmış teleaparıcı Zaur Kamal bu yaxınlarda “Arb” kanalında yayımlanan "Həmin Zaur" verilişində qonaqlarına ünvanladığı suala özü gözlənilməz cavab verib. SİA-nın verdiyi məlumata görə, aparıcı Manaf Ağayevdən şikayətlənib. Belə ki, aparıcı Zaur öz gecə şousunda qonaqlarına sual ünvanlayaraq ən əliaçıq müğənninin kim olduğunu bilmək istəyib. Deyilən cavabda Manaf Ağayevin adını eşidən aparıcını bu cavab qane etməyib. O, verilişində "çətin vaxtlarim idi. Manaf Ağayevə zəng edib ondan 1500 manat borc pul istədim. O isə mənə rayondayam dedi" deyə açıqlayıb.
Gülər Səfərova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB