Aleyna Tilki sərvətinə sərvət qatmağa davam edir. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, gənc müğənni yeni reklam müqaviləsi imzalayaraq 600 min lira qazanıb. Hər zaman reklam sözləşmələri ilə milyonlar qazanan Aleyna Tilki daha əvvəl dondurma, indi isə meyvə suyu firması ilə reklam üçün razılığa gəlib.
Xatırladaq ki, reklamın musiqisini və video klipini də müğənni özü hazırlayacaq. Tilki ilə birlikdə klipdə "tik-tok" fenomenləri də olacaq.
Qeyd edək ki, gənc müğənni reklamlardan qazandığı pullarla anasına 3 milyon liralıq yeni ev də alıb.
Gülər Səfərova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB