"Bircə dua edirəm ki,.." - AKTRİSA DİLƏ GƏLDİ

"Bircə dua edirəm ki,.." - AKTRİSA DİLƏ GƏLDİ

"Ağır beyin əməliyyatı olduğum üçün risk qrupuna aidəm".

Bu sözləri SİA-ya açıqlamasında xalq artisti, Prezident təqaüdçüsü Firəngiz Mütəllimova deyib.

Xalq artisti Firəngiz Mütəllimova pandemiyada teatrsızlıqdan danışdı: "Pandemiya dövründə mən gigiyenik cəhətdən hər qaydaya əməl etdim. Çünki mən risk qrupuna aidəm və üstəlik peyvənd də oluna bilmirəm. Ona görə ki, mənim allergiyam var və ağır beyin əməliyyatı olunmuşam. Buna görə də, məcburam ki, özümü qoruyum. Pandemiya dövründə ehtiyacdan nəyi isə satmaq məsələsinə gələndə isə, mən onsuzda heç vaxt təmtəraqlı həyat yaşamamışam. Bir evim var, heç maşınım da yoxdu. Heç nəyim yoxdu ki, satım. Bircə dua edirəm ki, hamımız və bütün yer kürəsi bu pandemiyadan qurtulaq".

Aktrisa həmçinin qeyd etdi ki, pandemiya dövründə teatrlar bağlı olsa da, biz bir neçə dəfə teatrda şəhidlərlə və Şuşanın azad olunması ilə bağlı roliklər çəkiləndə və bir neçə vacib məqamlarda bir-bir, iki-iki, məsafə saxlamaq şərti ilə toplandıq. Bir neçə seriallarda rol aldım və efirlərə dəvət aldım. Amma risk qrupuna aid olduğum üçün qapalı məkanlardan və bir çox efirdən imtina etdim. Tək arzum odur ki, bu görünməz düşməndən yaxamızı sağ-salamat qurtaraq".

Gülər Səfərova

Bütün xəbərlər Facebook səhifəmizdə