"Adamı cırnadırlar" MURAD ARİF DİLƏ GƏLDİ

"Adamı cırnadırlar"  MURAD ARİF DİLƏ GƏLDİ

22 may tarixində Niderland Krallığının Rotterdam şəhərində "Avroviziya 2021" beynəlxalq mahnı müsabiqəsinin final mərhələsi başa çatıb. Ölkə təmsilçimiz Samirə Əfəndi yarışı 20-ci mərhələdə başa vurub. SİA-nın verdiyi məlumata görə, sevilən müğənni və builki "Avroviziya" şərhçimiz Murad Arif bu barədə öz fikirlərini söyləyib: "Çox təəssüf ki, bəziləri bu istedadın belə mahnı ilə iştirakına küskünlüyümüzü anlamadı. Bizə paxıl dedilər. Adam onda cırnayır".

Murad Arif həmçinin qeyd edib ki, mən bu qızı 10 ildir ki, "Avroviziya"ya proqnoz edirəm: "O səslə belə mahnı? Anlamadılar. Çox heyif. Amma eyb etməz, onun səsi hələ yüksəklərdən gələcək".

Gülər Səfərova

Bütün xəbərlər Facebook səhifəmizdə