Məşhur müğənni xəstəxanaya yerləşdirildi

Məşhur müğənni xəstəxanaya yerləşdirildi

Müğənni Simge Sağın xəstəxanaya yerləşdirilib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, tətil üçün ABD-nin Nyu-York şəhərindən Türkiyəyə qayıdanda təyyarədə mədəsinin verdiyi ağrılardan vəziyyəti pisləşib və bu barədə uçuş heyətinə deyib. Ona ilk müdaxilə təyyarədə edilib. Türkiyəyə çatan kimi isə onu xəstəxanaya aparıblar.

Xatırladaq ki, müayinə vaxtı müğəninin qida zəhərlənməsindən o hala düşdüyü aşkar olunub.

Qeyd edək ki, Simge Sağın artıq 4 gündür xəstəxanasındadır və müalicəsi hələ də davam edir.

Gülər Səfərova

Bütün xəbərlər Facebook səhifəmizdə