Tanınmış müğənni hamıdan gizli nikaha girdi

Tanınmış müğənni hamıdan gizli nikaha girdi

Əməkdar artist Gülüstan Əliyeva mərhum yoldaşı ilə hamıdan gizli evləndiyini deyib.

SİA-nın verdiyi məlumata görə müğənni bu sözləri "Dəyişən cavab" proqramında deyib: "Nişanlı idik, həyat yoldaşım universiteti bitirib rayona getdi. Mənim isə bir ilim qalmışdı. Gənc mütəxəssis olduğu üçün rayonda ona ev verilməli idi".

Daha sonra Gülüstan Əliyeva ev üçün mərhum həyat yoldaşı ilə nikaha girdiyini söyləyib: "O vaxt qayda belə idi ki, evlilərə ev verilirdi, subaylara isə yox. Bir il sonra toyumuz olacaqdı. Bir gün yoldaşım zəng edib dedi ki, nikah edək. Pasportumu yolladım, nikahımız oldu".

Gülər Səfərova

Bütün xəbərlər Facebook səhifəmizdə