Türkiyəli məşhur aktyor Burak Sergen nişanlısı Nihan Ünsalla 37 gün sonra xəstəxanada çəkdirdiyi fotonu paylaşıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata əsasən o, vəziyyəti ilə bağlı da danışıb. Aktyor: "təkrar həyata tutunmaq gözəl bir şeydir" deyib. O,nişanlısının bir an belə onu tək qoymadığın və hər zaman onu yanında hiss etdiyini deyib. Nihan Ünsal isə: "onun vəziyyəti indi yaxşıdı amma, koronavirusun bəzi mənfi təsirləri qalıb. Hətta arada nəfəs almaqdan belə çətinlik çəkir" deyib.
Qeyd edək ki, aktyorun rol aldığı "Sadakatsiz" serialında rejissorun tələbi ilə görüntülü söhbət etdiyi kadrlar da ekran üzü görüb.
Xatırladaq ki, bir ay sonra aktyoru serialda görənlər bu sürprizə çox sevinib.
Gülər Səfərova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB