Əfəndinin geyimi hay-küyə səbəb olub

Əfəndinin geyimi hay-küyə səbəb olub

Bildiyimiz kimi tezliklə baş tutacaq Beynəlxalq mahnı müsabiqəsi "Avroviziya"da Azərbaycanı sevilən müğənni Samirə Əfəndi təmsil edəcək. SİA-nın verdiyi məlumata əsasən müğənninin geyimi böyük səs-küyə səbəb olub.

Qeyd edək ki, bir neçə gün əvvəl onun son halı (geyim və makiyajı) Anar Ağakişiyev tərəfindən sosial şəbəkədə sevənlərinə təqdim olunmuşdu. Paylaşımdan sonra bir çoxları onun geyiminin Aygün Kazımovanın solo konsert zamanı geyindiyi geyim ilə çox bənzədiyini, Samirə Əfəndiyə yaraşmadığını, çox rəngsiz olduğunu söyləyiblər.

Jurnalistlər və Avroviziya sevərlər: "elə Aygün Kazımovanın paltarını geyindirərdiniz də" , "o cür rəngarəng mahnı niyə qara libaslarla təqdim olunmalıdır ki", "axı bu qız gözəl və şirindir, niyə bu qızı hər vəchlə seksual təqdim etməyə çalışırlar? Axı bu qız seksi deyil. Olmaz mı ki, onu özü kimi təqdim edək?" , "Avroviziya komandamız, özünüzə gəlin" kimi müxtəlif ifadələr söyləyirlər.

Gülər Səfərova

Bütün xəbərlər Facebook səhifəmizdə