Tatlısəs özündən 43 yaş kiçik xanımla evlənib

Tatlısəs özündən 43 yaş kiçik xanımla evlənib

Şənbə günü ekranlara çıxan "İbo Show" gecə şou proqramında İbrahim Tatlısəs surpriz bir açıqlama ilə gündəmi alt-üst edib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, İbrahim Tatlısəs, "Mən çox xoşbəxtəm, evliyəm. Bundan sonra heç kimə hesab verən deyiləm" deyib. O, şou proqramdan sonra mətbuata "bizimkisi rəsmi nigah yox, könül nigahıdır. Zaman nə göstərər bilinməz" deyib .

Qeyd edək ki, məşhur türk müğənnisi İbrahim Tatlısəs, Adalet Tatlısəs və Ayşegül Yıldız ilə rəsmi nigahda olub. İndi nigahlandığı iddia edilən xanım isə Gülçin Karakayadır.

Xatırladaq ki, müğənni ilə (69) iki ildir münasibətdə olan xanım (26) sənətçidən 43 yaş kiçikdir.

Gülər Səfərova

Bütün xəbərlər Facebook səhifəmizdə