Xumar Qədimova da Türkiyə şou-biznesinə qoşulur

Xumar Qədimova da Türkiyə şou-biznesinə qoşulur

Azərbaycanın tanınmış müğənnisi Xumar Qədimova da Türkiyə şou-biznesinə iddialı görünür. İfaçı "Yağmur ağlıyor" türk mahnısını repertuarına daxil edib.

SİA-ya açıqlama verən müğənnin sözlərinə görə, o, türk müğənnisi Neşe Karaböcekden sonra mahnıya ikinci nəfəs verib: "Mən sevindirən odur ki, "Yağmur ağlıyor"u oxuduqdan sonra mahnı nəinki Bakıda, hətta İstanbulda da əks-səda doğurub. Hətta türk səs-rejissorlarından birinin hazırladığı virtual duetimiz Mustafanı o qədər sehrləyib ki, o, mahnını yeni albomuna daxil etmək istəyir. İndi sonuncu danışıqlar gedir. Yəqin ki, Mustafa Ceceli ilə görüşümüz də baş tutacaq. Niyə də birgə əməkdaşlığımız olmasın? Cecelini peşəkar musiqiçi kimi çox bəyənirəm. Bildiyim qədərilə, o da səsimin vurğunudur. Məqamı yetişəndə bu barədə daha ətraflı şəkildə suallarınızı cavablandıraram".

Bütün xəbərlər Facebook səhifəmizdə