Bu gün “Xəzər FM”in 13 yaşı tamam olur. SİA-nın verdiyi məlumata görə, bu münasibət ilə Xəzər TV nin rəhbəri Murad Dadaşov gəncləri təbrik edib və onlara gələcək işlərində uğur arzulayıb. O, "hər zaman - bu gün də, sabah da qapılarımız peşəkarların üzünə açıqdır. Mən əminəm ki, siz də günü-gündən möhkəmlənirsiniz. Ümid edirəm ki, simalarınız tezliklə televiziyada da tanınacaq" deyərək gənclərə dəstək olub.

Hətta sosial şəbəkədə bu gün münasibəti ilə "QOŞ, DUY, SEV!" mesajını da paylaşıb.

Gülər Səfərova

Bütün xəbərlər Facebook səhifəmizdə