"Ağadadaş Ağayevin ölüm xəbəri yalandır" FOTO

Bəzi xəbər saytları Türkiyədə xərçəng xəstəliyindən əməliyyat olunub və hazırda oradakı xəstəxanada müalicə alan Xalq artisti Ağadadaş Ağayevin ölüm xəbərini yayıb. SİA-nın məlumatına görə, məsələ ilə bağlı Hacı Nuran münasibət bildirib: "İnsanın hissləri ilə oynamaq olmaz. Reytinq naminə kiminsə milyonlarla pərəstişkarını, ailəsini üzmək olmaz. Bir çox xəbər saytları Ağadadaş Ağayevin ölüm xəbərini tirajlayıb. Hazırda onun yanındayam. Sənətçi bu xəbərlərə baxıb gülür. Amma gözlərinin dərinliyində təəssüf hissi olduğunu görürəm. Ürək-dirək verib, fikir verməməyi xahiş edirəm.

Bəzi xəbər saytlarına bildirirəm ki, Ağadadaş Ağayev sağ-salamatdır və hazırda müalicəsi də davam edir. Ağadadaş Ağayevin həyat yoldaşı və mən yanındayıq. Narahatlığa heç bir əsas yoxdur".

Bütün xəbərlər Facebook səhifəmizdə