“Arif Quliyev hələ də aparata qoşulub” AÇIQLAMA

Koronavirusa yoluxub, hazırda xəstəxanada müalicə alan Xalq artisti Arif Quliyevin səhhəti barədə yeni xəbər var. SİA-ya bu haqda aktyorun oğlu Rövşən Quliyev açıqlama verib: “Atam hazırda reanimasiyadadır. Hələ ki, səhhətində heç bir dəyişiklik yoxdur. Gözləyirik. Amma bəzi xəbər saytları yazıb ki, Arif Quliyevin vəziyyəti yaxşıdır. Bu yalandır. Çünki atam hələ də aparata qoşulub. Həkimlər onu aparatdan ayırsa, atam ölə bilər. O aparat sayəsində atam bu gün sağdır.

İnşaAllah ki, Arif Quliyev zamanla yaxşı olar. Bunun üçün Allaha dua edirik".

Müəllif: Ceyran Əsgərova

Bütün xəbərlər Facebook səhifəmizdə