Müğənni Səidə Dadaşova ötən gün avtomobil qəzasında dünyasını dəyişən müğənni Aslan Hüseynovdan danışıb. SİA-nın məlumatına görə, o, bu haqda verilişlərin birinə telefonla qoşularaq bəhs edib: "Dünəndən pis haldayam. İnana bilmirəm ki, Aslan ölüb. O, mənim həm qardaşım, həm də dostum idi.
Onun ölüm xəbəri yayılanda inanmadım. Düşündüm ki, yalan xəbərdir. Özüm də onu axtarmağa başladım. Belə ki, xəstəxanalara zəng etdim. Sonra ardınca morqa getdim. Onun morqda üzünü görən kimi tanıdım.
Kaş ki, A.Hüseynov xəstəxanlıq olardı. Amma ölməzdi. Mən ona qulluq edərdim (ağlayır)".
Nəzərinizə çatdıraq ki, Aslan Hüseynovun anası 8 gün bundan öncə vəfat etmişdi. İfaçı Gəncədə anasının yanında dəfn olunub.
Qeyd edək ki, hadisə ötən gün Bakı-Qazax yolunun 60-cı km-də qeydə alınıb. Belə ki, müğənni A.Hüseynova məxsus BMW markalı avtomobil qarşıda hərəkət edən "KamAZ" markalı yük avtomobili ilə toqquşub. Nəticədə avtomobilin sürücüsü A.Hüseynov vəfat edib. Hadisə ilə bağlı cinayət işi açılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB