İbrahim Tatlısəs beşinci dəfə evləndi

İbrahim Tatlısəs beşinci dəfə evləndi

Türkiyəli müğənni İbrahim Tatlısəs 69 yaşında 5-ci dəfə ailə həyatı qurub.

SİA xəbər verir ki, sənətçi bu barədə aparıcısı olduğu “İbo Show” proqramında məlumat verib. İ.Tatlıses verilişdə qonağı Ebru Yaşarın "Nikah bağlamısan" sözlərinə belə açıqlama gətirib:"Xoşbəxtəm, Gülçin mənə çox yaxşı baxır. Bu saatdan sonra heç kimə izahat verməyəcəyəm".

Qeyd edək ki, Gülçin Karakaya sənətçidən 43 yaş kiçikdir.

Bütün xəbərlər Facebook səhifəmizdə