"Vəfa, sənin ailə dedin şəxs kiminsə əridir" Nazilədən sərt sözlər

Şairə Nazilə Səfərli müğənnilər Şəbnəm Tovuzlu və Vəfa Şərifova qalmaqalına münasibət bildirib. SİA-nın məlumatına görə, şairə Şərifovanı verdiyi açıqlamaya görə qınamaqdan da çəkinməyib: "Şəbnəm və Vəfanın savaşı diqqətimi çəkdi. Hər ikisinə böyük hörmətim var. Amma biri barışıq üçün jest etməlidir. Çünki onlar keçmişdə dost olublar. İndi isə onlar nəyisə bölə bilmirlər. Qızlar, bir-birinizə atmacalar atmayın. Çünki sizə insanlar baxır.

Amma Vəfanın bir sözü diqqətimi çəkdi. O, söylədi ki, qızım var, ailəliyəm. Hansısa məclisə gedəndə də ailəli olduğumu deyirəm ki, sərhədlə davransınlar. Yəni ki, hər kəs yerini bilsin deməkdir. Amma mən Şərifovaya demək istəyirəm ki, özünü apara bilməyənə heç nə təsir etmir. O zaman sənin sözündən belə çıxır ki, ailəsi olmayanlar məclislərə getməməlidir? Ya özünü çöldə qoyub? Ona qalsa, şou-biznesdə o qədər ailəsi dağılan sənətçilərimiz var. Amma onların kifayət qədər hər yerdə sözü keçir. Üstəlikdə ailəsi olanlardan ləyaqətli xanımlardırlar.

Amma indi sənin şansın gətirib, yaxşı insanla rastlaşmısan. Səndən öncə həmin kəs Şəbnəmin dostu olub. Eşitdiyimə görə də aranızda təhvil, təslim etmisiniz. Allah xoşbəxt eləsin.

İndi daha nəyə lazımdır ki, bir-birinizi incidib, qəlb qırasınız. Məncə mehribançılıq olmalıdır. Heç birinizdə günah görmürəm. Çünki həyatınızda olan şəxs imkan verməməlidir ki, iki xanım üz-üzə gəlsin. Əslində Vəfa, sənin ailə dedin şəxs kiminsə əridir. Bunu hamımız bilirik. Odur ki, Vəfa, cümlələri işlədən də bir az diqqətli olmalıyıq.

Onu da qeyd edim ki, açıqlamanda demisən ki, qızım var, gələcəyini düşünürəm. Amma özün nədənsə bu söhbətləri çox şişirdirsən".

Bütün xəbərlər Facebook səhifəmizdə