Bir müddət öncə koronavirusa yoluxan aparıcı Aytən Səfərova artıq sağalıb. SİA-nın məlumatına görə, aparıcı bu haqda verilişlərin birinə telefon bağlantısı ilə qoşularaq danışıb: "Allaha şükürlər olsun ki, COVID-19 xəstəliyindən sağaldım. Bu xəstəliyə yoluxanda anladım ki, həyat nə qədər gözəl imiş. Sağlamlığıma qovuşanda onu da bildim ki, sosial həyatımızda bizi əsəbləşdirəcək hadisələr, əslində boş imiş. Başımız o qədər mal-dövlətə qarışıb ki, hər şeyi unutmuşuq. Əsas odur ki, canımız sağlam olsun.
Onu da qeyd edim ki, evimdə uşaqlarım var. Onlar üçün yaşamalıyam və məcburam".
Aparıcı koronavirus xəstəliyinə onunla birgə həyat yoldaşının da yoluxduğunu bildirib: "Mən və həyat yoldaşım COVID-19 yoluxanda bir neçə gün evdə, qalan vaxtı isə xəstəxanada müalicə aldıq. Hazırda da bəzi dərmanlar qəbul edirəm. Amma səhhətim ümumilikdə yaxşıdır".
Səfərova xəstə olarkən ona dəstək olan insanlardan da bəhs edib: "Xəstəxanada olarkən tanıdığım və tanımadığım insanlar mənəvi olaraq mənə çox dəstək oldular. Mənə göstərilən xoş münasibətə görə hər kəsə təşəkkür edirəm. Mənə onların bu isti münasibəti bahalı hədiyyədən də üstündür".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB