"Atamın xəstəxanadan görüntülərini görəndə ürəyimiz partladı" Xalq artistinin qızı
Xalq artisti Arif Quliyevin qızı Günel Quliyeva atasının səhhəti barədə danışıb. SİA-nın məlumatına görə, o, bu haqda verilişlərin birinə telefonla canlı bağlantı quraraq söz açıb: "Hazırda xəstəxanadayam. Atamın vəziyyəti çox ağırdır. Həkimlər əlindən gələni edir. Səhər saatlarında komadan ayılmışdı. Bədən tab gətirmədi və süni nəfəs aparatına qoşulub.
Atam xəstəxanaya gətirilmədən öncə çox qorxurdu. Həkim adı çəkən kimi etiraz edirdi. Deyirdi, evdə olum. Pisləşdi, dərhal xəstəxanaya apardıq. Çatan kimi aparatlara qoşuldu. Həkimlər deyir, tək ümid Allahadır".
G.Quliyeva atasının xəstəxanadan yayılan görüntülərindən də bəhs edib: "Atamın xəstəxanadan olan görüntülərini sosial şəbəkədə gördük, ürəyimiz partladı. Öldük, təsəvvür edin nə hal keçirdik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB