Nadir onu qınayanları təhqir etdi VİDEO

Nadir onu qınayanları təhqir etdi VİDEO

Müğənni Nadir Qafarzadənin mərhum Əməkdar artist Baloğlan Əşrəfovla bağlı yazdığı "Cənnətdə görüşərik" sözləri sosial şəbəkədə tənqid edilib. SİA-nın məlumatına görə, ifaçı ünvanına təhqir yazanlara sərt cavab verib və video çəkərək izləyicilərini təhqir edib:

"Bəzi saytlar Baloğlan Əşrəfovla bağlı yazdığım statusu paylaşdı. Niyə "Cənnətlik" söhbətim qloballaşdı? Niyə cənnətə düşməyək? Baloğlan müəllimə cənnət arzulamışam ki, ora düş. Biz də gələk orada görüşək. Bunu anlamaq çətindirsə, Allah sizə heç rəhmət eləməsin. Heç sizə cənnətə düşmək qismət olmasın.

Ay bədbəxtlər, köksüzlər, düşüncəsizlər... Heç kim üçün ağlamağa, sızlamağa dəyməzmiş. Həyatını yaşa. Baloğlan müəllimə dediyim "Cənnətlik" sözü gözünüzə dəydi? Gedin papağınız varsa, qoyun düşünün kimsiniz, nəçisiniz. Necə yaşayırsınız, ay boşluqlar, "qıjılar", "çuşkalar". Bu sözlər sizə aiddir. Sözüm o pislərədir, yaxşılarla işim yoxdur. Ölənlərə Allah rəhmət eləsin, başların götürüb bu bəzilərinin əlindən getdilər. Qınaqlardan, qeybətdən uzaqlaşdılar. Oturublar klaviatura arxasında, ancaq onun-bunun evini yıxırlar. Boşluqsunuz".

Bütün xəbərlər Facebook səhifəmizdə