"Baloğlan Əşrəfovun məzarına baxıb, çox utandım"

"Baloğlan Əşrəfovun məzarına baxıb, çox utandım"

Xəbər verdiyimiz kimi, koronavirusdan dünyasını dəyişən Əməkdar artist Baloğlan Əşrəfov Masallının Bədəlan kəndində torpağa tapşırılıb. SİA-nın məlumatına görə, prodüser-aparıcı Tarix Əliyev (Tolik) mərhumun məzarı haqda sosial şəbəkə hesabında narahatçılığını bildirib: "Baloğlan müəllimin məzarına baxıb çox utandım. Dəfn mərasimini izlədim bir çələng də görmədim. Dostlarının 200 manat pulu yox idi ki, bir çələng göndərsin. Ona "dostum", "qardaşım" deyənlərə ayıb olsun. Məzarını çiçəklərə qərq edə bilməzdilər?! Mərhumun çox sevdiyim üçün mənə pis təsir etdi. Fani dünya..."

Bütün xəbərlər Facebook səhifəmizdə