80 yaşlı Niyaməddin Musayev: "Koronavirusdan sağaldım, artıq evdəyəm"
Koronavirus xəstəliyinə yoluxan Xalq artisti Niyaməddin Musayev artıq evə buraxılıb. SİA-nın məlumatına görə, bu haqda ifaçı verilişlərin birinə telefon bağlantısı ilə qoşularaq bildirib: "Hazırda çox yaxşıyam. Buna görə həkimlərimizə təşəkkür edirəm ki, bu qədər qayğıkeşdirlər. Mənimlə yaxından maraqlandılar. Dünəndən artıq xəstəxanadan evə buraxılmışam.
Onu da xüsusi ilə qeyd edim ki, xəstəxanada olarkən səhhətimlə maraqlanan dostlarıma təşəkkür edirəm. Nə yaxşı ki, varsınız".
Niyaməddin Musayev Əməkdar artist Baloğlan Əşrəfovun ölümündən də bəhs edib: "Baloğlan Əşrəfova Allah rəhmət eləsin. O, çox gözəl sənətkar idi. Xalqın sevimlisi idi".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB