Günel onu təhqir edənlərə səsləndi: "Hamı öz evinin qarşısını təmizləsin"

Günel onu təhqir edənlərə səsləndi: "Hamı öz evinin qarşısını təmizləsin"

Türkiyədə fəaliyyət göstərib və orada yaşayan müğənni Günel Zeynalova bəzilərinə səslənib. SİA-nın məlumatına görə, ifaçı sosial şəbəkədə ona mənfi rəy yazanlara sərt sözlər deyib: "Məni günahlandırmadan əvvəl öz həyatınızı dəyərləndirin. Səbrimi ölçməyin, qalib ola bilməyəcəksiniz, mən ağrılardan, haqsızlıqlardan güclənmişəm, bacarmayacaqsınız.

Mənasız şərhlər yazıb, fikir sahibi olanlar. Hamı öz evinin qarşısını təmizləsin. Nə gözəl gəncləşirəm, gözəlləşirəm, bəzilərinə görə isə eybəcərləşirəm. Sənə nə? Kimə nə? Baxımlarımı edirəm, özümü, mahnı oxumağı, alqışları, səhnəni sevirəm. Heç kimlə işim yoxdur. Öz işimlə məşğulam. Elə bil heç kimin işi yoxdur. Başqalarının həyatına klaviatura başında şərh yazmaqla məşğuldurlar. Nə vaxt məni və musiqimi alqışladınız? Amma məni çox sevirsiniz. Qısqanclıqdan başqa bir şey deyil. Mənim səsimi, sənətimi sevin. Gözəllik gəlib keçir, vacib olan qəlb gözəlliyidir. O da məndə kifayət qədər var. Sevənlərim səhifəmdə hiss olunur. Saxtakarlıq edib izləyicilərimin sayını milyon etməyi bilirəm, edənləri də bilirəm. Ancaq yavaş-yavaş artmasının tərəfdarıyam. Tez yanan tez də kül olur. Pərəstişkarlarım məni sevir, söhbət edirik, sevgimizi paylaşırıq.

Keçən dəfə sosial şəbəkədə biri məni təhqir etdi. Tapıldı və izahatı alındı. Heç kimə böhtan atmamağı öyrəndi. Ya bunu etməyəcəksən, ya da qışqıra-qışqıra üzr istəməyəcəksən”.

Bütün xəbərlər Facebook səhifəmizdə